Sloveniyada baş vermiş iki qar uçqunu nəticəsində 2 alpinist ölüb

Sloveniyada baş vermiş iki qar uçqunu nəticəsində 2 alpinist ölüb
Sloveniyanın Kamnik-Savinja Alplarında iki qar uçqunu baş verib. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, ilk qar uçqunu şənbə günü yerli vaxtla saat 10:30-da baş verib. Qar uçqunu nəticəsində 2 alpinist ölüb, 2-si isə xəsarət alıb. Məlumata əsasən, ikinci qar uçqunu xilasetmə əməliyyatı zamanı baş verib. İkinci qar uçqunu nəticəsində 1 alpinist ölüb, 1 alpinist isə ağır yaralanıb. Qeyd edilir ki, xilasetmə əməliyyatı zamanı xilasetmə xidmətlərinin iki əməkdaşı da xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə