Ötən il Ermənistandakı yoxsulluq səviyyəsinin 30 faizə yaxınlaşmasına baxamayaraq, Nikol Paşinyan 2020-ci ili xalqa “rifah ili” kimi sırımağa çalışır. SİA xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq əmək və sosial işlər nazirinin müavini, iqtisadçı Tadevos Avetisyan erməni jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Avetisyanın sözlərinə görə, əgər ölkədə yoxsulluq səviyyəsi 2018-ci ildə 23,5, 2019-cu ildə isə 26,5 faiz idisə, bu gün artıq 30 faiz civarındadır:
“Vaxtilə xalq ümidli idi. Onlar Paşinyanın hakimiyyətə gəlməsiylə ölkəyə xoşbəxtlik, ixrac yönümlü iqtisadiyyat gətirəcəyinə inanırdılar. Amma bugünkü reallıq başqa şeylər deyir. Təkcə onu deyim ki, Ermənistanda 2017-ci ildən 2019-cu ilə qədər ixrac nisbətləri 2,5 dəfə, 2019-cu ildə isə kapital xərcləri 60 faiz azalıb. ÜDM göstəricilərinin azlması fonunda ölkənin milli borcu da böyüməyə başlayıb”.
Erməni iqtisadçının sözlərinə görə, bu gün ölkədə qida təhlükəsizliyi problemi getdikcə dərinləşir. Gəlirin azalması fonunda qiymətlər artır. Təkcə onu demək kifayətdir ki, son vaxtlar gündəlik zəruri məhsullar, xalqın gündəlik təlabat malları 10 faizdan çox bahalaşıb.
Avetisyana görə, bu gün Ermənistandakı yaşantılar artıq ölkənin demoqrafik problemlərinə geniş yol açmaqdadır. Onun sözlərinə görə, əgər dünənə qədər miqrasiyanın cilovlayıcı mexanizmi pandemiya idisə, artıq bu məhdudiyyətlər aradan götürülüb.
Mərkəzi Bankın fəaliyyətinə toxunan erməni iqtisadçı valyuta bazarındakı investisiyalar olmadan əməliyyatların heç bir şeyi həll etməyəcəyini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB