İngiltərə təmsilçisi Kərim Xan Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru seçilib
İngiltərə təmsilçisi Kərim Xan növbəti 9 il müddətinə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru seçildi.
SİA-nın "dw.com"saytına istinadən verdiyi məlumata görə, bu ICC-nin Roma Statusu iştirakçı ölkələr assambleyasının ikinci tur səsverməsi nəticələrinin elanından sonra bəlli olub.
İlk turda namizədlərdən heç biri tələb olunan 62 səsi yığa bilməyib. İkinci turda 72 dövlət K.Xana səs verib. Bu vəzifəyə daha üç namizəd müraciət edib: İrlandiya təmsilçisi Ferqal Geynor (42 səs), İspaniya təmsilçisi Karlos Kastresans (beş səs) və İtaliya təmsilçisi Françesko Lo Voy (üç səs).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB