Rusiya paytaxtını cənginə alan “Volker” siklonu güclü qar və küləklə müşayiət olunur

Rusiya paytaxtını cənginə alan “Volker” siklonu güclü qar və küləklə müşayiət olunur
Moskvada qar örtüyünün qalınlığı 60 santimetrə çatacaq. SİA "dw.com" saytına istinadən xəbər verir ki, fevralın 12-dən Rusiya paytaxtını cənginə alan "Volker" siklonu güclü qar və küləklə müşayiət olunur. Hava Proqnozu Mərkəzinin məlumatına görə, yaxın 12-15 saat ərzində siklonun təsiri daha da güclənəcək. Fevralın 13-ü səhərə kimi şəhərdə qar örtüyünün qalınlığının 55-60 santimetrə, küləyin sürətinin isə saniyədə 15-20 metrə çatacağı gözlənilir. Qasırğanın fevralın 13-ü günorta saatlarınadək davam edəcəyi, gələn həftənin əvvəlindən isə havanın temperaturunun mənfi 25-30 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə