“Rusiyada erməni nömrəli avtomobillərin gömrük rəsmiləşdirilməsi qaydaları sərtləşdirilib”.
SIA bu barədə məlumatın “Komsomolskaya Pravda” nəşrində yer aldığını bildirir.
Nəşr erməni nömrəli avtomobillərin gömrük rəsmiləşdirilməsinə dair qaydaların sərtləşdirilməsinin ötən ildən qüvvəyə mindiyini bildirir. Belə ki, indi Rusiyada erməni nömrəli avtomobillərdən daha çox onların sahiblərinə qarşı nəzarət gücləndirilib. Bundan əlavə, artıq ölkədə xarici avtomobillərin rus alıcılarına satılması üçün xüsusi bir sistem yaradılıb. Sxemə görə, rusiyalı müştərilər cəlbedici qiymətə hər hansı bir avtomobili ala bilərlər.
Xatırladaq ki, əvvəllər gömrük rəsmiləşdirməsindəki qaydalar dəyişənə qədər, Rusiyada il boyu xarici nömrəli avtomobillər sürməyə icazə verilirdi. İndi bu qaydalar dəyişdirilib. Belə ki, əcnəbidən avtomobil alan hər kəs qısa müddətdə gömrük rəsmiləşdirmə prosedurundan keçməlidir.
Maraqlıdır ki, artıq Rusiyanın bütün bölgələrində erməni nömrəli avtomobillərin yoxlanışına başlayıb. Belə görünür ki, artıq ruslar da himayə etdikləri ermənilərin avtomobil satışı bazarındakı fırıldaqçılıqlarından xəbər tutmağa başlayıblar. Əgər belə olmasaydı, xeyli sayda Ermənistan nömrəli avtomobil sahibləri həbsxanaya göndərilməzdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB