Yalan danışma, yalan danışan yaxalanmaq qorxusu içində yaşayan axmaq kimidir. Fuad Başgil
“Kimi aldadırsan, ay…”

“Yersiz ittihamdan çəkinin, çünki yersiz ittiham sözlərin ən yalan olanıdır”. Peyğəmbərimizin sözləridir. Əslində, peyğəmbər kəlamını hansısa bir erməninin fikirlərinə təkzib kimi göstərmək düzgün olmasa da, erməni saytlarından birində rastlaşdığım erməni qadınının, məhz erməni fikirləri məni buna məcbur etdi.

Beləliklə, ermənilərdə özünü azərbaycanşünas kimi təqdim edən Angela Əlibəyova adlı bir qadın var. Təbii ki, kimliyi, əsl kökü qaranlıq olsa da, hər halda özünü erməni eksperti kimi təqdim edir. Belə ki, ötən gün Ermənistanın Daşnaksütyun Gənclər Birliyinin təşkil etdiyi görüşündə çıxış edən Əlibəyova ölkəsinin Azərbaycanla yeni bir müharibənin qaçılmaz olacağını bildirib: “Müharibə qaçılmazdır. O olacaq. Başqa bir sual, buna hazır olub-olmadığımız, bu müharibədə mövzu və ya obyekt olacağımızdır” –deyə bildirib.

SİA bu barədə erməni mənbələrinə istinadən xəbər verir.

Maraqlıdır ki, qadın baş verə biləcəyi müharibə ilə bağlı fikirlərini də əsaslandırmağa çalışıb. Nədir qadının gətirdiyi əsaslar?

Birincisi, guya, Türkiyə və Azərbaycan ermənilərin bu bölgədə yaşamalarını istəmir. Niyə, çünki sən demə, ermənilər türklərin yaratmaq istədikləri “Böyük Turan” qarşısında durub tab gətirə biləcək ən böyük sipərmişlər.

Sən demə, ermənilər əllərini çəksələr türklər günü sabah birləşib “Böyük Turan”ı yaradacaqlar. Sən demə, bu günə qədər Türkiyə və Azərbaycanın geopolitik maraqlarına, təbii həyatlarına ən çox müdaxilə edən, onları nəzarət altında saxlayan elə ermənilərmiş.

Sən demə, Əlibəyovaya görə, son 100 ildə Türkiyə və Azərbaycanın Ermənistanla bağlı planları dəyişməməsinə səbəb də məhz budur.

Maraqlıdır ki, erməni ekspert qadın, daha praqmatik bir səbəb kimi Azərbaycanın növbəti müharibəni onun özü üçün daha əlverişli mövqelərdə başlaya biləcəyini iddia etməsidir. O da maraqlıdır ki, Əlibəyova bunu ikinci səbəb kimi göstərir.

Türkiyə və Azərbaycanın Ermənistana heç vaxt güclənmək imkanı verməyəcəyini iddia edən erməni qadına adamın “…neynən ay Alış?” sualını verməyi gəlir. Məgər, quyuya su tökmək…eyyy xaricdən gələn ianə hesabına ölkəmi inkişaf etdirməkmi olar? Sual olunur: ölkəni kimlə inkişaf etdirəcəksiniz, ölkədən qaça bilməyən pensionerlərləmi? Axı, bu gün Ermənistandan qaçan ermənilər səbəb kimi işsizliyi göstərirlərsə, onların çoxu yalan danışır. Çünki onların çoxunu qorxudan Angelanın dediyi növbəti müharıbə ehtimalıdır.

Müharibənin qaçılmaz olduğunu, hər şeyin yalnız Ermənistanın sürətli qruplaşmasından, yenidən düşünməsindən və səhvlərdən dərs götürməsindən asılı olduğunu qeyd edən erməniyə məhz elə yerinə düşdüyü üçün bu məsəli çəkmək məcburiyyətindəyəm.

Beləliklə, hürən itdən hürməyinin səbəbini soruşurlar “qorxuduram”-deyir. Bəs, quyruğun niyə əsir “…axı özüm də qorxudam”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə