Türkiyədə son sutkada yeni növ koronavirusa 7590 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son sutkada yeni növ koronavirusa 7590 yeni yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 94 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 187 nəfərə çatıb.

Ölkədə 7 590 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 564 427 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 811 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 453 096 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə