Dünənədək Nikolu az qala qolları üstündə gəzdirən Ermənistanın bir qrup ictimai və siyasi xadimi, indi ölkənin baş prokurorluq və Xüsusi İstintaq Xidmətinə Paşinyanla bağlı şikayətçi düşüb. SİA bu barədə erməni mənbələrinə istinadən xəbər verir.
Nədir onların iddiası? Məsələn, indi onlar Paşinyanın 2018-ci ildə hakimiyyəti güc vasitəsilə ələ alaraq, ölkədə COVID-19-un yayılmasının qarşısını almamaqda ittiham edirlər. (Guya Paşinyan olmasaydı virus nə karə idi Ermənistana yaxın düşə biləydi)
Onların fikrincə, Ermənistanda bu xəstəlikdən ölən 4000 erməninin ölümü də Nikolun adınz yazılmalıdır. Bundan əlavə, məhz baş nazirin çağırışı ilə ölkə ərazisində məhkəmələrin bloklanması təşkil edildi. Məhz Paşinyan və onun rəhbərlik etdiyi “Mənim adımım” fraksiyası, Ermənistan Konstitusiya Məhkəməsi hakimlərinə istefa vermələri şərti ilə ömürlük təqaüdlərin təyin edilməsi haqqında qanun qəbul etdirdi.
Məhz Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə 2018-ci il üçün müdafiə alqı-satqısı qrafiki dəyişdirildi. Nəticədə, hava hücumundan müdafiə sistemləri əvəzinə döyüş sursatı olmayan “Su-30 SM” təyyarələri alındı. 44 günlük müharibə ərzində dövlət mediası ictimaiyyətə yalan məlumatlar verdi, bunun nəticəsində lazımi səfərbərlik həyata keçirilmədi və son olaraq məğlubiyyətlə üzləşdik.
Məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı postunu qəsb edən baş nazirin səriştəsizliyi, onun arvadı Anna Akobyanın hərbçilərin işinə etdiyi yersiz müdaxiləslər üzündən erməni ordusunu “qəhrəman oğulları” həlak oldu.
Məhz Paşinyan noyabrın 9-da səlahiyyətlərini aşaraq erməni xalqından xəbərsiz Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükəyə atan təslim bəyannamə imzaladı. Bu, bəs deyilmış, hələ indi də ölkə maraqlarına qarşı yönəlmiş hərəkətlərini davam etdirir.
Bilirsiniz burada maraqlısı nədir? Dediklərini cinayət kimi dəyərləndirib bu halların tam, obyektiv və hərtərəfli araşdırılmasını xahiş edən imza sahiblərinin dünənədək Paşinyanı təqdir eləmələri. Yeri gəlmişkən, burada bizim “...yıxılana balta calan cox olar” məsəli necə də yerinə düşür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB