Erməni etirafı: itirilmiş dovlət...

Bu gün Paşinyanı artıq baş nazir kimi deyi, sadəcə olaraq, baş nazir kürsüsündə oturdulmuş bir müqəvva kimi qəbul edən ermənilər nə qədər haqlı olduqlarını söyləməyə çətinlik çəksək də, amma onların başqa bir fikirlərinə haqq qazandırmaq olar. Məsələn, onların Ermənistanın dövlətə çevrilməmiş bir ölkə və burada çox şeyin onlardan aslı olmadıqlarını demələrinə haqq qazandırmaq olar.

SİA bu barədə erməni mətbuatında yer alan yazıların xülasəsinə istinadən xəbər verir.

Maraqlıdır ki, ermənilər daha bir şeydən-Ermənistanın artıq öz yolundan çıxmasından, ayağı yer tutan ermənilərin Zvartnots hava limanına axın etməsindən narahatdırlar. O da maraqlıdır ki, bəzi ermənilər hələ də qış yuxusunda olan həmvətənlərinin yuxudan ayılmamasını istəyirlər, çünki əmindirlər, onlar da başqaları kimi ölkədən qaçacaqlar. Bundan əlavə, hazırda erməniləri ən çox qorxudan sabah İrəvanda türk dilində danışanlarının sayının artmasıdır. Bax, bu ermənilər üçün qəbuledilməzdir. Cünki Ermənistanda hamı dünyanın ən qədim dili olan erməni dilində danışmalıdır. Amma necə? Axı, yaşamaq üçün işləmək də lazımdır. İşləməyə isə Ermənistanda iş yeri yoxdur. Bu gün ölkədə nəinki işləyənlərə, heç pensiyaçılara belə verməyə vəsait tapılmır. Belə olan halda, ermənilərin etirafına görə, sabah İrəvanda erməni pensiyaçılarının Ankaradan pensiya indeksləşdirilmələrini tələb etməsi ölkədə çoxlarına təəccüblü də görünməyəcək.

Bu gün Ermənistanda yaşantıları sirk manejində yaşananlarla eyniləşdirən ermənilərə görə, onlara hələ da çatmayan baş nazir vəzifəsini icra edən Nikolun hökumət iclasları adı altında toplantı keçirməsidir. Onlara görə, bu gün Paşinyanın “Bayramlar və unudulmaz tarixlər haqqında”, ölkədə vergi ödəyiciləri gününün təsis edilməsi və s. tipli müzakirələr aparmasının nə önəmi var?

“Belə bir rəsmi bayramlar vətəndaşları vergi öhdəliklərini hörmətlə yerinə yetirməyə və bununla fəxr etməyə təşviq etmək üçün lazımdır”. Al, bu da sənə, Dövlət Gəlir Komitəsinin rəhbəri Edvard Ohannisyanın baş nazirinə hörmətinin inikası. Qeyd edək ki, ermənilər dövlət rəhbərlərinə daha aktual, bu gün böyük önəm kəsb edən məsələlərin çıxarılmasını tələb edirlər. Məsələn, ermənilər Paşinyan komandasına “mobil telefonların məktəbə gətirilməsi ehtimalı”, “gecə kolbasa satışının qadağan edilməsi” və bir sıra digər günün vacib məsələlərini də dövlət iclaslarında müzakirə olunmasını təklif edirlər.

Ermənilərin başqa bir etirafına görə, bu gün ölkədə, loru dildə desək, heç “it də yiyəsini tanımır”. Hazırda Ermənistanda günahsızları deyil, günahkarları mükafatlandırırlar. İmkanı olanlar isə, ölkədə yaranmış hakimiyyətsizlikdən yararlanmağa başlayıblar. Təbii ki, ermənilər bunu deyərkən, ilk olaraq, Anna Akopyanı nəzərdə tuturlar. Onun Moskvadan sonra, Los-Ancelesə yeyib-içməyə getməsini ac erməni xalqına hörmətsizlik kimi dəyərləndirirlər.

“Mən əcdadlarımı qınayıram, onlara lənət edirəm, çünki bu gün bizim daha ləyaqətli və qürurlu yaşamağımız üçün heç bir şey etmədilər”. Bunu baş nazir Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl söyləmişdi. Təbii ki, bu fikirləri oxuyanların bəziləri, lap elə çoxu, haradasa, Nikola haqq qazandıra bilər. Erməni olanda nə olar, yəqin o da bəzi açıqfikirli ermənilər kimi, “xalqının daşürəkliliyi və yekəxanalığı, həqiqəti inkar etməyi xoşladıqlarını” (Movses Xorenasi) anlayıbmış.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə