Rusiyadan taciklərə miqrant sifarişi

Rusiyadan taciklərə miqrant sifarişi

“Rusiya Tacikistandan 20 min əmək miqrantını qəbul etməyə hazır olduğunu bəyan edib”.

SİA bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

Bu günə qədər Rusiyadan təşkilati işə qəbul üçün 20 min miqrant müraciəti aldıqlarını bildirən ölkənin əmək və məşğulluq nazirinin müavini Şaxnoz Nodiri bununla yanaşı, inşaat ixtisasları olan 10 min əmək miqrantı üçün də Rusiyanın Krasnodar bölgəsindən müraciət aldıqlarını bildirib.

Nodirinin sözlərinə görə, rusiyalı işəgötürənlərin müraciətləri nazirliyin özünə və xaricdə məşğulluq agentliyinə göndərilib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının səngiməsi ilə bağlı olaraq artıq rusiyalı işəgötürənlərdən müraciətlər almağa başlayıblar.

Yanvarın sonunda 170 nəfərlik ilk mütəşəkkil tacik miqrant qrupunun inşaat sahələrində işləmək üçün İrkutska uçduğunu bildirən nazir müavini bu şəhərin tikinti şirkətlərindən daha 250 işçi üçün sifariş aldıqlarını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə