Tələbələrlə polis arasında toqquşma Afina döyüş meydanına çevrildi
Yunanıstanın paytaxtı tələbələrlə polis arasında döyüş meydanına çevrilib. SİA RenTV-yə istinadən xəbər verir ki, minlərlə insan şəhərin mərkəzini bağlayıb. Bildirilir ki, Afinada insanlar parlamenti mühasirəyə alıb və təhlükəsizlik qüvvələri nümayişçiləri qazla dağıtmağa çalışarkən onlara Molotov kokteyli atılıb.
Qeyd olunur ki, etirazların səbəbi təhsil haqqında yeni qanun olub. Belə ki, sənəd qəbul edildiyi təqdirdə ali təhsil alma müddətini ciddi şəkildə məhdudlaşdıracaq və tələbə polisi adlanan yerlər şəhərciklərdə görünəcək.
Xatırladaq ki, bir çox ölkələrdə olduğu kimi, Yunanıstanda da kütləvi narazılıqlar müşahidə olunur. Hazırda Afinada polislə tələbələr arasında olan toqquşma bu narazılıqların bir təzahürüdür. Görünür, bütün dünyaya demokratiya, söz azadlığı, insan hüquqları dərsi keçməyə qalxan ölkələr özləri bu məsələlər sarıdan qüsurludur və elə buna görə də problem yaşayır. Heç şübhəsiz ki, belə hadisələrin bu vaxta qədər vaxtaşırı şahidi olduğumuz kmi, bundan sonra da müşahidə edə bilərik. Çünki heç də dünyanın bütün ölkələri demokratiya simvolu hesab oluna bilməz və qüsurlar hər birində var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB