ABŞ Türkiyənin Rusiya S-400-lərindən imtina etməsinə çalışır

ABŞ Türkiyənin Rusiya S-400-lərindən imtina etməsinə çalışır

ABŞ Dövlət Departamenti, Türkiyənin Rusiyanın S-400 komplekslərini almasına dair ABŞ-ın mövqeyinin dəyişməz qaldığını bildirib. SİA xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Türkiyənin S-400 almasının ölkənin NATO-dakı öhdəliyinə zidd olduğunu söyləyib.

"S-400-ə dair mövqeyimiz dəyişməyib, Rusiyanın S-400 sistemləri NATO texnologiyaları üçün təhlükə yaradır və Türkiyənin NATO müttəfiqi kimi götürdüyü öhdəliklərə cavab vermirlər"- Prays deyib.

O, əlavə edib ki, ABŞ Ankaranı Rusiya hava hücumundan müdafiə sistemlərindən istifadə etməməyə inandırmağa davam edir. Bundan əlavə, Prays, ABŞ Dövlət Katibi Tony Blinkenin türkiyəli həmkarı ilə yaxın gələcəkdə bu mövzunu müzakirə edəcəyini bildirib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə