Türkiyə Ordusunun 2 hərbçisi İraqın şimalındakı hərbi əməliyyat zamanı şəhid olub

Türkiyə Ordusunun 2 hərbçisi İraqın şimalındakı hərbi əməliyyat zamanı şəhid olub

Türkiyə Ordusunun 2 hərbçisi hərbi əməliyyat zamanı şəhid olub.

SİA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Məlumata görə, 4 hərbçi də yaralanıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, İraqın şimalındakı Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı qarşıdurmada Türkiyə Ordusunun hərbi qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan həlak olub. Atışmada 4 əsgər də yaralanıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə