ABŞ Prezidenti və Çin Xalq Respublikasının Sədri arasında telefon danışığı baş tutub

ABŞ Prezidenti və Çin Xalq Respublikasının Sədri arasında telefon danışığı baş tutub
ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı baş tutub. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər. Məlumata əsasən, tərəflər telefon danışığı zamanı yeni koronavirusun yayılması ilə mübarizənimüzakirə ediblər: "İki ölkə lideri COVID-19 pandemiyasına qarşı mübarizəni, səhiyyə sahəsində qlobal təhlükəsizliyə ümumi çağırışları, iqlim dəyişikliyini və silahların yayılmasının qarşısının alınmasını müzakirə ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə