Ukrayna NATO-ya Krım üzərindən hava məkanı verir

Ukrayna NATO-ya Krım üzərindən hava məkanı verir

Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliya NATO-ya əməliyyatlar üçün ölkəsinin hava məkanından istifadə etməyi təklif edib. SİA xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin saytında deyilir.

Nazirlikdən verilən məlumata görə, təklif Brüsseldə Ukraynanın İnfrastruktur nazirinin NATO Baş katibinin Müdafiə Siyasəti və Planlaşdırma üzrə müavini Patrik Turner ilə görüşü zamanı irəli sürülüb.

Qeyd edək ki, ittifaqa üzv dövlətlərin Krım üzərindəki hava sahəsindən “qoşun, texnika və yük daşınması” üçün istifadə edə biləcəklərini bildirən ukraynalı nazir, Rusiya ilə sərhəd boyunca hava vəziyyətinin izlənilməsində NATO-nun dəstəyinə ümid etdikləini də gizlətməyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynanın keçmiş baş naziri Mikola Azarov Şimali Atlantika İttifaqının üzvü olan Böyük Britaniyanın Ukrayna ilə Oçakov, Berdyansk, Nikolaev və Melitopolda hərbi dəniz bazalarının inşası ilə bağlı müqavilə bağladığını söyləmiıdi.

Ehtimala görə, bu bazalar Rusiyanın Qara dəniz Donanmasını Sevastopolda “kilidləməyə” ” - gəmilərin hərəkətini əngəlləməyə hesablanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə