Rusiyada koronavirusa yoluxanlar 4 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanlar 4 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 4 milyonu keçib.

SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 14 494 nəfər virusa yoluxub, 536 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 012 710 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 78 134 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 516 461 şəxs virusdan sağalıb, 418 115 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə