Amerikanın Çin-Hindistan sərhədindəki vəziyyəti diqqətlə izlədiyini bildirən Dövlət Departamentinin sözçüsü Ned Prays Pekinin qonşularını qorxutmaq cəhdlərindən narahat olduqlarını dilə gətirib. SİA bu barədə xarici mətbuata istinadən məlumat verir.
Hindistanla Çin arasındakı danışıqların davam etdiyinə diqqət çəkən departament sözçüsü iki ölkə arasındakı sərhəd mübahisələrinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Bununla yanaşı, o Pekinin qonşularını qorxutmaq üçün davam edən cəhdlərindən də ölkəsinin narahatlıq keçirdiyini dilə gətirib.
Yeri gəlmişkən qeyd edək ki, Prays ölkəsinin Hindistan-Sakit Okean bölgəsində ümumi firavanlığı və təhlükəsizliyi təşviq etmək üçün dostları, tərəfdaşları və müttəfiqləri ilə eyni tərəfdə olacağını da gizlətməyib.
Xatırladaq ki, bu il yanvar ayının sonunda Hindistan-Çin sərhədindəki növbəti qarşıdurmada hər iki tərəf zərərlə üzləşib. Artıq qarşıdurma adi hal alıb.
Qeyd edək ki, Pekin və Dehli bu gün də bir-birlərini sərhəd pozmağa cəhddə, təxribatlarda günahlandırırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB