Türkiyə Aya kosmik gəmi göndərir

Türkiyə Aya kosmik gəmi göndərir

“Ankara kosmik sənayenin inkişafı çərçivəsində 2023-cü ilə qədər Aya kosmik gəmi göndərmək niyyətindədir”. SİA xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Kosmik Proqramını təqdim edərkən verib.

“Milli Kosmik Proqramı çərçivəsində əsas və ən vacib hədəfimiz Cümhuriyyətimizin qurulmasının 100 illiyində ilk dəfə Aya çıxmaqdır”. Bu fikirləri Türkiyənin “Sabah” nəşri ölkə prezidentinin dediklərinə istinad edərək yayıb.

Türkiyənin beynəlxalq əməkdaşlıq çərçivəsində yeni bir kosmodrom inşa etmək istədiyini bildirən Ərdoğan, son hədəf kimi, Türkiyə vətəndaşının kosmosa göndərmək olduğunu da gizlətməyib.

Bundan əlavə, Ərdoğanın planlarında ölkənin hərbi və mülki ehtiyacları üçün yeni peyklərin buraxılması, peyk naviqasiya sisteminin inkişaf etdirilməsi, peyklərdən istifadə edərək meteoroloji məlumatların alınması, yerdən kosmik obyektlərin izlənilməsinin yaxşılaşdırılması, kosmik sənayenin inkişafı , kadr hazırlığı və s. olduğunu da bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə