“Aprel döyüşlərindən sonra müharibənin yenidən başlamaması üçün əlimizdən gələni etdik, amma alınmadı”. SİA “tert.am” saytına istinadla xəbər verir ki, bunu Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin sabiq rəhbəri Bako Saakyan deyib.
O bildirib ki, 5 il əvvəlki döyüşlərdən sonra separatçılar İrəvanla birgə hərəkət etmək üçün əlaqəli addımlar atmağı təklif ediblər: “Məqsədimiz diplomatiyada üstünlük qazanmaq idi. Ovaxtkı rəhbərliklə də görüşlər keçirdik, yeni hökumətlə də... “dqr”in təhlükəsizliyi, yenidən müharibənin başlamaması üçün təkliflər paketi hazırlamaq istəyirdik. Danışıqlar prosesində birgə mövqeyimizi təmin etməyi hədəfləyirdik. Çox səy göstərdik. Amma müharibənin qarşısını ala bilmədik”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB