ABŞ Norveçə bombardmançılar göndərir

ABŞ Norveçə bombardmançılar göndərir

ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Norveçə “B-1” bombardmançı təyyarələri göndərir. Maraqlıdır ki, artıq dünyanın aparıcı mediaları bunu ABŞ ordusunun Moskvaya strateji əhəmiyyətli Arktik bölgəsindəki fəaliyyətinə göstərəcəyi maneə kimi dəyərləndirirlər.

Bundan əlavə, bir çoxları bunu Vaşinqtonun regiondakı müttəfiqlərini hər cür təhdiddən qoruyacağına dair Moskvaya ünvanladığı mesaj kimi də qəbul edirlər. SİA bu barədə xarici mətbuata istianadən xəbər verir.

Verilən xəbərə görə, 200-ə yaxın amerikalı əsgər və dörd “B-1” bombardmançı təyyarə artıq Norveçin “Orland” Hava Qüvvələri bazasına göndərilib. O da bildirilir ki, təyyarələr üç həftə ərzində Şimal Qütb dairəsinin kənarında və Rusiyanın şimal-qərbindəki beynəlxalq hava məkanında maneverlər edəcəklər.

Maraqlıdır ki, bəzi mütəxəssislər Amerika qüvvələrinin Rusiya sərhədlərinə belə yaxınlaşmasını ABŞ-ın Moskvanın potensial təcavüzünə qarşı hesablandığına deyilər.

Qeyd edək ki, Pentaqon Rusiya ordusunun Arktik bölgəsində hərbiləşməni davam etdirməklə, Amerikanın bu ərazilərdəki fəaliyyətinə maneələr törətməsindən çox narahatdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə