Dünya təcrübəsi də göstərib ki, ümumi iqtisadi siyasətin təsirsizliyi anında istənilən borc riskli olur. Bu gün Ermənistanda yaşanan iqtisadi azalma sürəti ilə 2 aya ölkədə nə olacağını söyləmək çətindir. SİA erməni mediasına istinadən bildirir ki, bu fikirləri ermənilərin sabiq sənaye və ticarət naziri Karen Çşmarityan erməni saytlarına verdiyi açıqlamada bildirib.
Bir müddət bundan əvvəl maliyyə naziri Atom Cancuqazyanın Ermənistanın dövlət borcu və ÜDM ilə bağlı söylədiyi bədbin fikirlərə diqqət cəkən Çşmarityan bildirir ki, hər hansı borc götürən iqtisadi bir qurumun sonradan borcu qaytara bilməsi üçün hansısa işi və eyni zamanda bu işin səmərəliliyi olmalıdır.
Onun fikrincə, iqtisadi qurum borc aldığı məbləği, bu gün bizdə olduğu kimi, xərclərə, yəni maaşlara, müavinətlərə yönəldə bilməz. Bu gün Ermənistanda hər hansı bir istehsalın olmadığına diqqət çəkən sabiq ticarət naziri hakimiyyətin davamlı olaraq xərclərə yönəltmək üçün daha da böyük məbləğdə borc götürdüyünü və bununla da ölkənin gələcəyü üçün böyük fəlakətlərə yol açdığını bildirir.
Bu gün, Ermənistanın şişməkdə olan borcunu ümumi iqtisadi siyasətlə əlaqələndirən Çşmarityan mövcud iqtisadi azalma sürətinin 2 ay davam edəcəyi təqdirdə ölkədə nələr yaşanacağını söyləməkdə çətinlik çəkdiyini də gizlətmir. Onun sözlərinə görə, bu gün milli, dövlət maraqları təhlükə altında olan Ermənistanın hansısa milli iqtisadiyyatı barədə danışmaq gülünc görünür.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB