Doğrudanmı, ukraynalıları tənəzzül gözləyir...

Doğrudanmı, ukraynalıları tənəzzül gözləyir...

Bu gün Ukrayna keçmiş Sovet dövlətləri arasında 1990-cı ilin ÜDM səviyyəsinə çata bilməyən, həm də bunun yalnız üçdə birinə sahib olan yeganə ölkədir. SİA bunu xarici mətbuata istinadən bildirir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal yaxın 10 ildə, yəni 2030-cu ilədək ölkədə orta əmək haqqı səviyyəsinin Avropaya, xüsusən də qonşu Polşa və ya Slovakiyaya yaxınlaşa biləcəyi ehtimalını irəli sürmüıdü. Amma maraqlı da olsa, ölkə iqtisadiyyatı ilə bağlı son yaşantılar baş nazirin dediklərinin xəyalı bir yalan olduğunu ortaya qoyur. Məsələ bundadır ki, bunu son zamanlar sadə ukraynalılar da belə etiraf etməyə başlayıblar.

Qeyd edək ki, son vaxtlar iqtisadiyyatda elə bir uğur əldə etməyən Ukrayna bu gün daha çox əkinçilik sektorunun ümidinə qalıb. Bu isə ən yaxşı halda 5 və ya 7 milyondan çox insana perspektivli iş və pul təminatı verə bilər.

Xatırladaq ki, Ukraynanın əhalisi təqribən 44 milyondan çoxdur.

O da maraqlıdır ki, bu gün Ukraynada çoxları ölkədəki tənəzzülü dövlətin inkişafı üçün hər hansı bir siyasətin olmaması ilə əlaqələndirirlər. Ona görə də onlar ukraynalıların nəzəri olaraq, Polşa səviyyəsinə yaxınlaşa biləcəklərinə inanmırlar.

Məsələ bundadır ki, bu gün bəzi ukraynalıları qorxudan onların ən kasıb Afrika ölkələri səviyyəsinə düşmək ehtimalıdır. Çünki son 30 illik təcrübənin göstərdiyi kimi, ukraynalılar eyni siyasəti həyata keçirən eyni siyasi layihələrə səs verməkdən məmnunluq duyurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə