Latviyanın Elektron Milli Media Şurası fevralın 8-dən etibarən “Rusiya RTR” telekanalının ölkədə yayımlanmasının bir il müddətinə qadağan edilməsinə qərar verib. Bu barədə şuranın idarə heyətinin sədri İvars Abolins qərar verib. SİA bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
“Biz məlumat məkanımızı qoruduq, müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik”, - deyə Abolins bildirib.
Xatırladaq ki, ötən ilin yazında Elektron Milli Media Şurası bu kanalda yayımlanan “60 Dəqiqə” verilişində nifrət təhrikinin olduğunu bildirərək, kanala məhdudiyyət qoymuşdu. Belə ki, şura proqramın aparıcı Olga Skabeevanın Ukrayna haqqında danışarkən nifrət dolu fikirlər səsləndirdiyini əsas kimi göstərmişdi.
Qeyd edək ki, veriliş zamanı Olga Skabeeva Ukrayna ərazisindəki münaqişəni sakitləşdirmək üçün Rusiya qoşunlarının Ukrayna ərazisinə göndərilməsini təklif etmişdi.
Xatırladaq ki, bu latışların rus kanallarına qoyduğu ilk qadağa deyi. Onlar 2019-cu ilin yanvarında da "Rusiya RTR" kanalının ölkədə yayımını üç ay müddətinə dayandırmışdılar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB