Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktay Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) işgüzar səfər edəcək. SİA xəbər verir ki, səfər fevralın 10-11-də baş tutacaq. Səfər çərçivəsində Fuad Oktayı Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Prezident Adminstrasiyası İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Rəqəmsal Transformasiya Ofisi rəhbəri Əli Taha Koç müşaiyət edəcək.
Fuad Oktay səfərin ilk günü Prezident Ersin Tatar, Baş nazir Ersan Saner və Cümhuriyyət Məclisinin sədri Önder Sennaroğlu ilə görüşəcək. İki günlük işgüzar səfər zamanı Türkiyə ilə ŞKTC arasında Maliyyə Əməkdaşlıq Protokolu da müzakirə olunacaq. Səfərin ilk günü Türkiyə ilə ŞKTC arasında bir neçə mühüm protokol imzalanacaq. Səfərin ikinci günü Fuad Oktay İqtisadi Təşkilatlar Platforması təşkilatlarının rəhbərləri ilə də görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB