Pandemiyaya görə məhdudiyyətlər ləğv edilir tələblər isə məcburidir
Rusiyada pandemiya səbəbindən tətbiq olunan bir sıra məhdudiyyətlər ləğv edilir. SİA RenTV-yə istinadən xəbər verir ki, bu gündən Rusiyada bir sıra koronavirus əleyhinə tədbirlər yığışdırılır.
Beləliklə, paytaxtda tələbələrin məsafədən çalışmasına son qoyulur, amma bu halda maska taxmaq, hərarətin nəzarətdə saxlanması, qaydalar və tələblər məcburi olaraq qalacaq.
Bundan əlavə, bu gün Rusiya Yunanıstan və Sinqapurla uçuşlarını da bərpa edir. Uçuşlar Moskvadan Afinaya həftədə iki dəfə, Sinqapura üç dəfə təşkil olunacaq. Ancaq Yunanıstana turist olaraq səyahət edənlər müəyyən məhdudiyyətlərlə qarşılaşırlar. Mənfi koronavirus test sertifikatı və otel rezervasiyası təsdiqinə sahib olduqları təqdirdə belə həftədə 500-dən çox rus həmin ölkəyə daxil ola bilməz. Turistlərin Sinqapura getməsinə isə hələ icazə verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB