Çex Respublikasında qar yağması nəticəsində qatarların hərəkəti iflic olub. SİA xəbər verir ki, bu barədə TASS, dövlət şirkəti olan Çex Dəmir Yolları şirkətinin əsas dispetçer ofisinin informasiyasına istinadən məlumat yayıb.
Məlumata görə, Çex Respublikasında güclü qar yaması səbəbindən Praqa ilə ölkənin mərkəzi hissəsindəki Benesov və Kolin şəhərləri arasında nəqliyyat əlaqəsi kəsilib.
"Səhərdə erkən saatlardan etibarən davam edən qar yağması nəticəsində meydana gələn qar qarışıqları Çex Respublikasında dəmir yolunun bir çox hissəsində ciddi problemlər yaradıb. Hazırda dəmir yollarının təmizlənməsi davam edir", deyə Çex Dəmir Yolları şirkətinin əsas dispetçer ofisinin informasiyasında bildirilir.
Qeyd olunur ki, Çex Respublikasında digər nəqliyyat vasitələrinin hərəkəti də məhduddur. Slovakiya, Avstriya və Macarıstana aparan magistral yolda hava şəraiti səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Sinoptiklər yaxın günlərdə Çex Respublikasında qarın yağmasının davamlı olacağını proqnozlaşdırırlar. Ölkəyə rekord miqdarda yağıntı düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB