Rusiyada son bir gündə daha 15 916 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 983 197 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 407 nəfər artaraq 77 068-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 472 091 nəfər sağalıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB