Rusiya yaxın zamanlarda ən yeni tankı olan “Armata”nı xarici silah bazarlarında ilk dəfə təqdim edəcək. SİA bu barədə “Rosoboroneksport”un mətbuat xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, bir müddət bundan əvvəl “Rosoboroneksport” səlahiyyətlisi xarici tərəfdaşların çoxdan bəri Rusiya tankları ilə maraqlandığını və buna görə də ixrac tədarükü imkanları barədə bəzi məsləhətləşmələrin aparıldığını bildirmişdi.
Onun sözlərinə görə, çox yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək “IDEX-2021” silah nümunələri sərgisində, həmişəki kimi, Rusiya məhsulları da təqdim ediləcək.
Rusiya rəsmisinin sözlərinə görə, bu gün dünyada daha çox tanınan “T-14” rus tankı üçün “reklam pasportu” artıq “Armata” üçün də hazırlanıb.
Xatırladaq ki, bu yaxınlarda rus şirkətləri xarici bazarlara Rusiya müdafiə sənayesinin başqa bir yeniliyi - “Bumeranq” şifrəsinin vahid təkərli döyüş platformasını da ixrac ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB