Moskvada yaşayış binasında baş vermiş yanğın zamanı 2 nəfər dünyasını dəyişib
Moskvanın cənub-qərbində yerləşən Solntsevski prospektində 9 mərtəbəli yaşayış binasında yanğın baş verib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı bina sakinlərindən 2 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir ki, yanğının baş verdiyi mənzildən 2 uşaq da daxil olmaqla 6 nəfər xilas edilib.
Yanğının mənzilin 15 kvadratmetr sahəsini əhatə edib. Yerli vaxtla saat 21.15-də yanğın söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB