Zərif ABŞ Prezidentinin İrana qarşı sanksiyalarla bağlı açıqlamasına münasibət bildirib

Zərif ABŞ Prezidentinin İrana qarşı sanksiyalarla bağlı açıqlamasına münasibət bildirib

“Ali Rəhbərin açıq şəkildə dediyi kimi, biz də öz tərəfimizdən Birgə Hərtərəfli Fəaliyyət Planını ABŞ-ın pozduğunu söyləyirik".

SİA xəbər verir ki, bunu İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif yerli “IRIB TV2” televiziya kanalının efirində bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden İranın nüvə razılaşması ilə əlaqədar danışıqlar masasına qayıtdığı təqdirdə ilkin olaraq sanksiyaları ləğv etməyəcəklər. Bayden əlavə edib ki, İran əvvəlcə uranı zənginləşdirməyi dayandırmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə