Bu gün Ermənistanda yaşananların əsas aparıcılarını daha cox, rus təmsilçisi İvan Krılovun “Sazəndələr” əsərinin qəhrəmanları ilə müqayisə etmək olar. Yəni hazırda bu ölkədə hərə bir tərəfə, özü də çoxları onların özlərinə sərf edən tərəfə çəkməkdədirlər. SİA bu barədə erməni mətbuatında yer alan məlumatlara istinadən bildirir.
Bu gün Qərbin Navalnını da Saakaşvili, Paşinyan, Svetlana Tixonovskayla bağlı irəli sürdüyü sxem üzrə “fırlatdığını” iddia edən erməni mediası, əslində, bu kəslərin Avropa üçün elə də bir önəm kəsb etmədiyini yazırlar. Ermənilərə görə, bunlar Avropanın muzdlu agentləridir ki, Qərb onların xidmətindən, sadəcə olaraq, postsovet dövlətlərini daxildən parçalamağa çalışır. “Əlbəttə ki, demokratiya pərdəsi altında!”. Bunu da ermənilər iddia edirlər.
Bunula yanaşı, erməni başbilələri yeni bir kəşf də ediblər: sən demə, Qərb demokratiyasının “parçalama” ideyası təkcə Rusiyaya qarşı deyil, həm də Ermənistana şamıl edilirmiş. Onlara görə, belə olmasaydı, Ermənistanın ağır günlərində Qərb gərək “demokratık” İrəvanın yanında olaydı. Amma görünən odur ki. olmadı. Deməli, Qərb Ermənistana da, elə də bir önəm vermirmiş...
Bu gün bir çox ermənilər Qərbin Paşinyana “demokrat” kimi deyil, sadəcə olaraq, Rusiyanın bölgədəki mövqelərini zəiflətməyə yönəlmiş bir diktator kimi ehtiyacı olduğunu iddia edirlər. Onların fikrincə, bu gün də Qərb xain Nikolun Azərbaycan və Türkiyə ilə “mehriban qonşuluq” münasibətlərinin Rusiyanın Cənubi Qafqazdakı təsirinin zəifləməsinə səbəb olacağına inanır.
Təbii ki, bütün bunlar hazırda düşmən ölkədəki vəziyyətin necə acınacaqlı olduğunu, elə erməni baş bilənlərinin də səviyyəsini göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB