ABŞ-ın Yuta ştatındakı dağda qar uçqunu nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Yuta ştatındakı dağda qar uçqunu nəticəsində 4 nəfər ölüb
ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhəri yaxınlığındakı dağlarda qar uçqunu nəticəsində 4 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə ABC telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən bildirib. Polis idarəsi nümayəndəsi Melodiya Katler deyib ki, dörd nəfər qaçmağı bacarıb. Onlar yüngül xəsarətlər alıblar. Qeyd edək ki, yerli hakimiyyət orqanları bundan öncə bölgədə qar uçqunu təhlükəsi olduğunu xəbərdar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə