İran prezidenti bu həftə ölkədə koronavirusa qarşı peyvəndlənmənin başlanacağını deyib

İran prezidenti bu həftə ölkədə koronavirusa qarşı peyvəndlənmənin başlanacağını deyib
Səhiyyə və Tibbi Təhsil Nazirliyinin prioritetlərinə əsasən bu həftə koronavirusa qarşı peyvəndləmə İranda başlayacaq. SİA-nın məlumatına görə, bu barədə İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə milli qərargahın iclasında bildirib. Onun sözlərinə görə, ölkədə koronavirusa qarşı peyvəndləmə fevralın 10-dan əvvəl başlayacaq: "Ölkədəki bütün təşkilatlar koronavirusa qarşı peyvəndləməyə hazırdırlar və peyvəndlərin ilk partiyası artıq gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə