Yaponiyanın qərbindəki adaların sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın qərbindəki adaların sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın qərbindəki adaların sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Zəlzələ Qrinviç vaxtı ilə 17:36-da (Bakı vaxtı ilə 21:36) qeydə alınıb. Zəlzələnin episentri Yaponiyanın Okinava prefekturasında, Yonaquni adasından təqribən 38 kilometr şimal-qərbdə, ocağı isə 107,7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə