Koronavirusdan ölüm sayı 61 mini ötüb ALMANİYADA

Koronavirusdan ölüm sayı 61 mini ötüb ALMANİYADA
Almaniyada son bir gündə koronavirusa 10 485 nəfər yoluxub, 689 pasiyent dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 275 394 yoluxma halı aşkarlanıb, 61 286 ölüm faktı qeydə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə