Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 105 milyon 916 min 428 nəfərə çatıb. SİA Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 309 min 33 nəfərdir. İndiyədək 77 milyon 536 min 293 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 355 041 nəfər koronavirusa yoluxub, 10 422 pasiyent dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB