İspaniya SN "AstraZeneca peyvəndinin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verib

İspaniya SN "AstraZeneca peyvəndinin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verib
İspaniyanın Səhiyyə Nazirliyi Oksford Universiteti və "AstraZeneca" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verib. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, sözügedən vaksinlərin ilk partiyası Apennin yarımadası ölkəsinə fevralın 8-i gəlməlidir. Hakimiyyətin qərarına əsasən, "AstraZeneca" peyvəndləri ilə koronavirusla mübarizədə ön cəbhədə olmayan tibb və tibb-sosial işçilərinə vurulacaq. Qeyd edək ki, İspaniyada vaksinasiya ötən ilin dekbar ayının 27-si başlayıb. Hazırkı dövrədək vaksinasiya kampaniyasında "Pfizer" və "BioNTech" şirkətlərinin birgə və "Moderna" şirkətinin istehsal etdiyi peyvəndlərdən istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə