Başqırdıstanda neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib

Başqırdıstanda neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib

Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.

SİA "İnterfaks"a istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına boru daxilində təzyiqin yüksək olması səbəb olub.

Şahidlərin dediyinə görə, yanğın, təxminən 10 metr hündürlüyə qalxıb.

Əraziyə giriş-çıxış təcili olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə