Tonoyanın “qazandığı” indi Paşinyanın başında sınır

Tonoyanın “qazandığı” indi Paşinyanın başında sınır

Ermənilər fevralın 5-də döyüşlərdə həlak olan daha 52 hərbçinin siyahısını açıqlayıb. Belə görünür ki, “məğlubedilməz” erməni ordusu kimi təqdim edilən “ordu”, əslində, yalan imiş.

Maraqlıdır ki, bu gün erməni parlamentində “Mənim addımım” blokundan olan deputat Anuş Beqloyanın “30 ildə mövcud olmayan erməni ordusu” ilə bağlı səsləndirdiyi fikirlərə, yeni müdafiə naziri Vaqarşak Arutyunyan münasibət bildirməkdən yayınıb.

“Erməni hakimiyyətində kimin olmasından asılı olmayaraq, biz məğlubiyyətə məhkum idik”. Bilirsiniz, bu fikirləri kim deyib? Anna Akopyanın deputat qardaşı Qraçya Akopyan. O da maraqlıdır ki, onun bu sözləri ermənilərin lap cızdağını çıxarıb. Necə olur ki, kukla teatrının adi bir aktyoru millət vəkilinə çevrildikdən 2,5 il sonra İrəvanın mərkəzində lüks malikanə, bahalı xarici avtomobillərə sahib olur.

...Aydındır ki, heç bir ağlı başında olan siyasətçi müqavilə müharibəsini başlatmaq üçün qəsdən həll danışıqlarını boğmazdı.

SİA erməni mediasına istinadən, bunu bəzi sadəlövh ermənilərin düşündüyünü bildirir. Amma məsələ bundadır ki, müdafiə naziri Tonoyan elə ilk gündən “qazanacağıq”-deməklə səriştəsiz Nikolu da buna inandırmışdı.

Bununla belə, ermənilər Nikol uçün qurulacaq məhkəmədə istintaqın Paşinyanın əraziləri düşmənə vermək üçün qəsdən təcavüzə təhrik etdiyini sübut edəcəklərinə ümidlidirlər. Onların fikrincə, ağıllı siyasətçi minlərlə erməni uşağını ölümə göndərməzdi.

Qeyd edək ki, bu gün Ermənistanda müharibənin bir nömrəli səbəbkarı olduğu iddia edilən baş nazir vaxt keçdikcə hər şeyin unudulacağına elə də şübhə etmir. Amma belə görünür ki, ermənilər də, Paşinyanın müharibəni bir neçə gündə başa vurmaq fürsətini əldən verdiyi üçün onu bağışlamayacaqlarına israrlıdırlar.

Xatırladaq ki, müharibənin 4-cü günü Baş Qərargah rəisi Onik Qasparyan hərbi əməliyyatların dərhal dayandırılmalı və məsələnin siyasi yolla həll olunması ilə bağlı Paşinyanı məlumatlandırıb. Baş nazir isə, ölkədə total səfərbərlik keçirilməsi ilə bağlı əmr verb. Halbuki, Nikol artıq məğlub duruma düşdüyünü anlamışdı.

Yeri gəlmişkən, bu gün Ermənistanda intiharların sayı artmaqdadır. Maraqlıdır ki, bu intiharlar ən çox müharibə yolu keçmiş erməni gəncləri arasında müşahidə edilməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə