Qarabağdan separatçı hərbi birləşmələr çıxarılır - Müdafiə naziri açıqlama vermədi
Qarabağda erməni silahlı birləşmələrin çıxarılması, ermənilərin “müdafiə ordusu” dediyi qruplaşmanın ləğvi məsələsi Ermənistanda ciddi müzakirələrə səbəb olub.
SİA xəbər verir ki, erməni mənbələr bununla bağlı mütəmadi xəbərlər yayırlar.
Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan isə bu xəbərləri şərh etməkdən imtina edib.
Bu gün parlamentə gedən müdafiə naziri juralistlərin bununla bağlı suallarına cavab verməyib, qeyd edib ki, belə sualları mətbuat xidmətinə yönəltmək lazımdır.
Müdafiə nazirinin imtinası erməni mediasında xəbərlərin doğruluğu kimi şərh edilir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB