Son günlər Ermənistanda Rusiyaya meyillilik ab-hava bir az da dərinləşib. Çoxları bunu ABŞ-da hakimiyyət dəyişikliyi - Cozef Baydenin hakimiyyətə gəlişi ilə əlaqələndirirlər. Çünki hələ bir əsas olmasa da, onlar Amerikanın yeni hakimiyyətinə ümidlidirlər. Təbii ki, naxələf bir millətdən başqa şey gözləməyə dəyməz. Onlara görə, artıq çətin anlarla üzləşəcək, Rusiyadan qurtulmaq üçün əla şans əldə ediblər. Nə deyəsən bu millətə?
Niyə axı onlar bu gün dövlət kimi mövcudluqlarına görə, kimə borclu olduqlarını unudurlar? Niyə onlar Cozef Baydenin hakimiyyətə gəlişini “dünyanın gözləntisi” kimi qələmə verməyə çalışırlar? Niyə, vaxtı ilə Avropadakı tədbirlərin birində baş nazir Paşinyanın qabağına qaçıb yalmandığı Donald Trampı indi Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin agenti kimi təqdim edirlər? Təbii ki, bütün bunlar ermənilərin xislətindən, onlarən bətnində hələ uşaqkən formalaşan nankorluğundan irəli gəlir.
Bu gün erməniləri “ruhlandıran”, onlara “cəsarət” verən ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsləhətçisi Ceyk Sullivan ötən gün keçirdiyi mətbuat brifinqində səsləndidiyi fikirlərdir: “Əvvəlki rəhbərlikdən fərqli olaraq, biz Rusiyanı bütün zərərli hərəkətlərə qarşı ciddi addım atmaq niyyətindəyik”.
SİA xarici mətbuata istinadən bildirir ki, Sullivanın bu fikirlərini əsas tutan ermənilər artıq Rusiyanın “qüruba” doğru meylləndiyini və buna görə də, yeni “qanadaltı” axtarışına çıxdıqlarını gizlətmirlər. Əslində, bir çox ermənilər ən münasib “qanadaltı” kimi elə ABŞ-ın özünü görürlər.
Ermənilərə görə, bu gün məğlub duruma düşən Kreml hər şeyi anlasa da, amma məğlub olduğunu, sadəcə olaraq, etiraf etmək istəmir.
Qeyd edık ki, ermənilər bu “qənaətə” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qəbuledilməz olduğu barədə dediyi fikirlərdən sonra gəliblər.
Erməni düşüncəsinə görə, ruslar artıq etirafda bulunmalıdırlar: yəni onlar Rusiya cəmiyyətində və bu ölkənin elitasında parçalanmanın göz qabağında olduğunu etiraf etməlidirlər.
Maraqlıdır ki, ermənilər həmişə Azərbaycanla isti manasibətlərinə görə, tənqid və hətta təhqir etdikləri Ukraynanı da Rusiyada yaranmış vəziyyətdən yararlanmağa çağırırlar. Onlar bütün sivil dünyanın Putin rejiminə qarşı birləşməsi anında onun Ukraynaya qarşı mümkün cavab tədbirləri görə bilməsinin çətin olacağını ukraynalılara xatırladırlar. (...burada adamın yadına lap “cəhənnəmə gedən özünə yoldaş axtarar” məsəli düşür-A.B.)
Ermənilərə görə, bu gün elə Gürcüstan və Ermənistan da daxil olmaqla hər kəsin qurtuluş şansı var. Çünki putinizmin sonu göz qabağındadır və burada yeganə sual rəsmi olaraq onun bunu nə vaxt elan ediləcəyi ilə bağlıdır.
Maraqlıdır ki, lap elə gülməli də olsa Ermənistandakı “demokratik islahatların dəyərdən düşməsinin əsas səbəbi”ni ermənilər Kremlin təbliğatçılarında görürlər.
O da maraqlıdır ki, ermənilər Rusiyanı Ermənistanın demokratik seçiminin düzgünlüyünə dair şübhələrə yol verdikləri üçün cavab verməli olacaqlarını yazırlar(?). Ermənilərin ümidlərinə, bəli məhz ümidlərinə görə, ABŞ artıq Putini hakimiyyətdən uzaqlaşdıraraq cəzalandırma prosesinə başlayıb və bu proses başa catdıqdan sonra 10 Noyabr müqaviləsini “etibarsız” saymaq lazım gələcək.
Gərək ki, bizlərdə bu yredə belə deyərlər də: “Ac toyuq yuxuda darı görər, yox ey... “buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB