Düşmən ölkədəki uğursuzluqlar bir-birini təqib etməkdədir. Elə əvvəldən bərbad iqtisadiyyata malik olan bu ölkədə Paşinyanın yalanla dolu xalqa sırıdığı “tərəqqi” artıq öz "bəhrə"sini verməkdədir. Belə ki, reallıq göz önündədir: “Ermənistanda iqtisadi azalma 10 faizdən dən çox olacaq, xarici borcun ümumi həcmi isə 9 milyard dolları keçəcək”. SİA xəbər verir ki, bunu erməni iqtisadçı Vardan Bostanjyan ötən gün “NEWS.am” saytına verdiyi müsahibəsində bildirib.
Erməni iqtisadiyyatının geriləmədə olduğunu bildirən iqtisadçı, yaranmış vəziyyətdə müsbət tendensiyalar barədə danışmağın gülünc olduğunu etiraf edib.
Bir müddət əvvəl Ermənistanın maliyyə nazirinin iqtisadi artımla bağlı 3.2 faizlik proqnozlarına münasibət bildirən Bostanjyan bu cür proqnozların daha çox cəmiyyətin çaşdırılmasına hesablandığını bildirib. Onun fikrincə, bu gün ölkədə hər hansı bir iqtisadi inkişafla bağlı təsəvvür belə gülünc görünür. Məhz bu mənada, ölkədə küclü bir tənəzzülün olacağını istisna etməyən erməni iqtisadçı bunun əsas səbəbini iqtisadi fəaliyyətin məhdudlaşdırılmasına təkan verən pandemiya və müharibənin mənfi nəticələrindən qaynaqlanacağını da istisna etməyib.
Ermənistanda dövriyyənin məhdud olduğunu, dövlət idarəetmə sisteminin son dərəcə aşağı səmərəliliyi ilə əlaqələndirən Bostanjyan, yaranmış mürəkkəb şəraitdə ölkədə iqtisadi tənəzzülün ikirəqəmli, hətta 10 faizdən də çox göstəricilərə gətirib çıxaracağını bildirib.
Dövlət borcuna gəldikdə, ekspertin fikrincə, onun həcmi 9 milyard dolları keçəcək. Erməni iqtisadçı hökumətin 750 milyon dollar məbləğində avrobond buraxdığını və bunun da bir borc olduğunu xatırladıb: “Biz artıq borcla barışmışıq, amma problem ondadır ki, pul cari xərcləri ödəməyə gedir, borc institutu isə kapital proqramlarının icrası yolu ilə yeni fəaliyyətlər yaratmaq üçün nəzərdə tutulub”, - deyə Vardan Bostanjyan bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB