Netanyahu Obamaya etiraz edib

İsrail baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın Fələstin dövlətinin 1967-ci ildə müəyyənləşdirilmiş sərhədlər çərçivəsində yaradılmalı olduğu haqda bəyanatına etiraz edib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə əsasən, Netanyahu bildirib ki, 1967-ci il müharibəsinə qədər mövcud olan sərhədlərin bərpası müdafiə nöqteyi-nəzərdən mümkün deyil.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Fələstin dövlətinin 1967-ci ildə müəyyənləşdirilmiş sərhədlər çərçivəsində yaradılmalı olduğunu vurğulayıb. Dövlət Departamentindəki çıxışında Obama bəyan edib ki, qarşılıqlı razılaşdırılmış mübadilə həyat qabiliyyəti olan Fələstin və təhlükəsiz İsrail yaratmağa kömək edəcək. Belə ki, təxminən 300 min israilli İordan çayının Şərq sahillərindəki yaşayış məskənlərində məskinlaşıb. Bu ərazilər İsrailin beynəlxalq miqyasda tanınmış sərhədlərinə daxil deyil.

Bu məskənlər beynəlxalq hüquq baxımdan bu məskənlər qeyri-qanuni tikilib, lakin İsrail onun qanuniliyini iddia edir.

Bütün xəbərlər Facebook səhifəmizdə