Bayden Çini ABŞ-ın ən böyük rəqibi hesab edir

Bayden Çini ABŞ-ın ən böyük rəqibi hesab edir

ABŞ Prezidenti Cozef Bayden Çini ölkəsinin ən böyük rəqiblərindən biri adlandırıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Bayden bu fikirləri Dövlət Departamentindəki çıxışı zamanı səsləndirib.

"Biz Çinin iqtisadi istismarına, aqressiv, zorakı hərəkətlərinə müqavimət göstərəcəyik, Çinin insan haqlarına, intellektual mülkiyyətə və dünya nizamına hücumuna cavab verəcəyik"-deyən Amerika lideri bununla birlikdə, Ağ Evin ABŞ-ın maraqlarına uyğun olduğu təqdirdə Çin ilə əməkdaşlıq etməyə hazır olduğunu da istisna etməyib.

"Biz bundan sonra da güc mövqeyindən rəqabət aparacağıq, öz evimizi daha yaxşıya doğru quracağıq".

Bundan sonra da Amerikanın müttəfiq və tərəfdaşları ilə işləyəcəklərini dilə gətirən Bayden, ölkəsinin bir-çox beynəlxalq qurumlarda itirilmiş mənəvi nüfuzlarına inamı yenidən bərpa edəcəklərinə də zəmanət verib.

Eyni zamanda, Ağ Evin yeni başçısı son dörd ildə Amerikanın çökmüş xarici siyasətinin yenidən qurulduğunu və demokratik birliklərin bərpa olunduğunu elan edib.

Yeri gəlmişkən bildirək ki, ABŞ dünyaca məşhur smartfon istehsalçısı Xiaomi də daxil olmaqla 9 Çin şirkətinə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə