“Erməni xalqı heç vaxt qonşuları ilə normal münasibətlərin əleyhinə olmayıb. İki qonşu - Türkiyə və Azərbaycanın daima Ermənistan dövləti üçün dağıdıcı bir gündəm yaratmağa çalışdıqları isə başqa bir məsələdir”. Bilirsiniz, bu fikirləri kim deyir, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan.
İnanın, sizi bilmirəm, amma mənim bu qadının “səmimiyyəti”nə zərrə qədər də şübhəm yox idi. Qadındakı “səmimiyyət” məni elə kövrəltmışdi ki... amma qadının sonrakı sözləri məni fikrimdən daşındırdı. SİA erməni mətbuatında yer alan erməni sərsəmləməsinə etinasız ötüşə bilmir...
Maraqlıdır, görən, erməni qadın dediklərinin fərqindədimi? Yəni doğrudanmı o dediklərinə inanır? Əslində, qadının dediklərini erməni həyasızlığı adlandırmaq düzgün olmaz. Çünki “həyasızlıq” sözü ermənilərin dünyada törətdiyi əməllərlə müqayisədə dar bir cərcivəyə sığa bilən bir məfhumdur.
“Ermənilər gürcülərə mənsub məbəd və monastırlardan gürcüləri qovur və onları məhv edir, daşlarda gürcü yazılarını silirlər, qədim tikililərdən daşları çıxarıb, gürcü yazılarını erməni yazıları ilə əvəz edirlər”.
Bu fikirlər gürcü yazıçı və təfəkkürü İlya Çavçavadzeyə məxsusdur. Görəsən, erməni "haxçi" buna nə deyir? Əslində, ermənilərin insanlığa belə sığmayan əməlləri ilə bağlı başqa misallar da çəkmək olar. Amma məncə, bu elə yetərincədir.
Maraqlıdır ki, cırtdan ölkə olan Ermənistan bütün qonşu ölkələrin torpaqlarına iddialıdır. Mən şübhə etmirəm ki, bir gün ermənilər onlara nəvaziş göstərib qəyyumluq edən Rusiya, Fransa, lap elə ABŞ-a qarşı da “özlərinin müqəddəratını təyin etmək” şüarları altında ərazi iddiaları ilə çıxış edəcəklər. Yeri ğəlmiışkən qeyd etmək yerinə düşər ki, son illər ermənilər artıq bu istiqamətdə ilk olaraq Şimali Qafqazda fəallaşmağa başlayıblar.
Larisa Alaverdyana sual vermək istəyirəm: kim zəmanət verir ki, həmin ermənilər nə vaxtsa “miatsum” deyə-deyə küçələrə çıxıb bu ərazilərin “əbədi erməni torpağı” olduğunu iddia etməyəcəklər. Əlbəttə, bu elə də şübhə doğurmur. Bunun üçün onlar tülki kimi, hələ ki, pusquda durublar. Onlara sərf edən əlverişli tarixi məqamın yetişəcəyi anı gözləyirlər. Amma, Larisa Alaverdyana xatırladaq ki, dünya da daha əvvəlki dünya deyi. Məsələ bundadır ki, artıq dünya ölkələrinin əksəriyyəti erməni həyasızlığı barədə məlumatlıdırlar. Məhz bu mənada Şimali Qafqazda yaşayan xalqlar, məsələn elə kazaklar artıq bu məsələdən duyuq düşüblər.
“...Azərbaycanın Zəngəzur üçün iştahı heç kimə sirr deyil. Yeri gəlmişkən, Azərbaycanın Türkiyə daxil olmaqla bütün qonşularına ərazi iddiaları var”. Sizə qəribə gələ bilər, amma inanın ki, bu sözləri də insan hüquqları üzrə müvəkkil olan bir qadın(?) deyir. Amma unutmayaq ku, bu, erməni qadınıdır. Məhz bu mənada. Məncə, daha davam etməyə dəyməz. Çünki məsələ bundadır ki, “onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”. Xatırladım ki, son cümlə mənə aid deyil, fransız səyyahı de-Şölye deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB