ABŞ Avropada kiber bölmələr yaradır

ABŞ Avropada kiber bölmələr yaradır

“ABŞ ordusuna məxsus kiber bölmələr son günlər Makedoniya, Çernoqoriya və Ukrayna ərazilərində dislokasiya edilib”. SİA “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin təşəbbüsü ilə yaradılan Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi rəhbərinin müavini Nikolay Muraşov bildirib.

Maraqlıdır ki, Amerika bu bölmələri həmin ölkələrin seçki və infrastrukturunu qorumağa hesablandığını bəyan etsə də, rusiyalı hərbçı bütün bunları ABŞ-ın növbəti oyunu kimi dəyərləndirir.

Qeyd edək ki, Muraşov ABŞ kiber qruplarının açıq kompüter hücumlarını həyata keçirmək üçün güc və vasitələrə sahib olduqlarını da gizlətməyib.

Onun sözlərinə görə, bir müddət bundan əvvəl ABŞ Gizli Xidməti İngiltərədə də kiber fırıldaqçılıqla mübarizə qrupu yerləşdirib. Həmin qrup cinayətkarları tutmaq və məhkum etmək məqsədi ilə kompüter hücumlarının təsbit edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını həyata keçirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə