Ermənilərin özləri barədə riyakarlığın hələ ana bətnində olarkən onların qanına sızdığı barədə dedikləri, doğrudan da, həqiqəti əks etdirir. Bu fikir erməni xalqının iç üzünü açaraq onların xainlik və saxtakarlıqla dolu olan daxili dünyasını tam çılpaqlığı ilə göstərir. Öz milli varlıqları üçün bu gün də birbaşa türklərə borclu olmalı olan bir toplum (adamın xalq da deməyə dili gəlmir-A.B.), həmişə olduğu kimi, bu dəfə Qarabağa "sülhməramlı"lar kimi gətirilən rus hərbçilərinin arxasında gizlənib bizə hərdən "xox" da gəlirlər. Əslində, "it hürər, karvan keçər" məsəlini əsas tutub bunu ciddiyə almamaq da olardı. Amma necə deyərlər, "milçək bir şey olmasa da, ürək bulandırır". Yenə də...
Beləliklə, sən demə, hərbi təhsili belə olmayan Vitali Balasanyan adlı birisi rusların az qala silah gücünə qabaqlarına qatıb Qarabağa qaytardıqları erməniləri qorumaq üçün məğlub erməni əsgərlərinin tör-töküntülərindən "peşəkar bir ordu" yaratmaqla məşğuldur.
SİA bu barədə məlumatı erməni mənbələrinə istinadən bildirir.
Maraqlıdır ki, Azərbaycan şəhəri olan Xankəndində "təhlükəsizlik şurası" adlı saxta bir təşkilat yaradıb, özünü onun sədri elan edən Balasanyan şəhərin mərkəzindəki dövlət binalarında heç bir Azərbaycan bayraqlarının asılmayacağını da bildirib. Əslində, Balasanyanın bu əməli mənə "bildirçinin bəyliyi"ni xatırladır. Bəlkə də o, unudur ki, darının sulanması elə də uzaqda deyil.
Yeri gəlmişkən deyim: Amerikada yaşayan L. Sürməliyan adlı bir erməni yazar var. O, etiraf edir ki, iki xalq - azərbayacanlılarla ermənilər arasınadakı ziddiyyətlərin əsas səbəblərindən biri Azərbayacan xalqının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı ermənilərin aramsız olaraq davam edən qəddarlığıdır. Məncə, şərhə ehtiyac yoxdur...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB