Virusun yayılmasının qarşısı alınır

Virusun yayılmasının qarşısı alınır

ABŞ-da COVID-19-a yoluxma və bunun nəticəsində xəstəxanaya yerləşdirilmə hallarının sayı azalır. SİA-nın xəbərinə görə, bu barədə "The Hill" Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) direktoru Roşel Valenskiyə istinadən yazıb. "Görünür, artıq davamlı azalan trayektoriya üzrə hərəkət edirik", - o deyib. R.Valenskinin sözlərinə görə, koronavirusa yoluxmada gündəlik artım yanvarın 8-də pik nöqtəyə çatıb, ardından 13,4% azalıb. O, yanvarın 26-dan fevralın 1-dək gündə orta hesabla 144 min yeni yoluxma hadisəsi qeydə alınıdığını bildirib. Mərkəz direktoru ölüm sayının artmağa davam etdiyini, lakin ölüm tempinin yavaşladığını vurğulayıb. Qeyd edək ki, ABŞ-da yanvar ayında COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayı rekord həddə çatıb. Belə ki, 120 min nəfər xəstəxanaya yerləşdirilib, 95 min nəfər ölüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə