Axır ki, ermənilərin xilaskarı məlum oldu...

Axır ki, ermənilərin xilaskarı məlum oldu...

“Paşinyan və onun bütün komandası dövləti idarə edə bilməz”. Yenə həmin dalğa, həmin koodinat. Amma bu dəfə başqa ünvan və imzada. Beləliklə, bu dəfə “İzvestiya” qəzeti redaksiyasının İdarə heyətinin sədri və eyni zamanda bir çox rusiyalı jurnalistın cibini doldurub türk dünyasına hürdürən Aram Qabrielyanov xalqına öz məsləhətlərini verir. Yadımdaykən, burada bir haşiyə şıxaraq xatırladım: Demokritin belə bir fikri var: “Ən asan şey başqasına məsləhət verməkdir”. Nə isə…

…SİA öz qaynaqlarına istinad edərək erməni pul dağarcığı Aram Qabrielyanovun fikirlərini diqqətinizə çatdırır.

Beləliklə, onun sözlərinə görə, artıq baş nazir bunu, yəni idarəçilikdə etdiyi naşılığı çox yaxşı başa düşür və buna baxmayaraq, çökməkdə olan hökumət binasını bəzəmək üçün çılğınlıqla bəzi kosmetik hərəkətlər etməyə çalışır. Erməni yazara görə, bütün bunlar əbəsdir. Çünki elə əvvəldən də cürük olan Ermənistan hakimiyyətinin təməl daşı artıq çat verib.

Maraqlıdır ki, Qabrielyanov çıxış yolu da göstərir. Ermənistanı Türkiyə və Azərbaycanın himayədarlığına vermək. Onun fikrincə, Nikolun canını qurtarmaq üçün başqa bir çıxış yolu qalmayıb. Qabrielyanov görə, Nikol buna ölkədəki türkmeyilli ermənilər vasitəsilə nail ola bilər.

Yenidən Ermənistanın catlaq qaya üzərinadə dayandığını etiraf edən erməni jurnalist "Mənim addımım" tərəfindən idarə olunan dövlətin fəlakətdən çıxış kimi iki yolu olduğunu göstərir – Türkiyə protektoratı ya da qisas. Onun fikrincə, buradakı qisasın hərbi, siyasi və ya psixoloji olması elə də bir önəm kəsb etmir.

Maraqlıdır, görəsən, bu gün Ermənistanda qisas almağa cəsarəti çatan hər hansı bir qüvvə varmı? -sualına cavabı da Qabrielyanov ozü verir. Sən demə varmış - Robert Köçəryan. Sən demə, “papaq altında erm…, nəhlət şeytana, Köcaryan yatırmış…”.

Bizim o filmdə necə deyilir:”…kül başına, ay Hitler, gör üstünə kim gəlir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə