"Toyota" 2021-ci ildə 9,2 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırır
Yaponiyanın aparıcı avtomobil istehsalçısı "Toyota Motors" şirkəti 2021-ci ildə 9,2 milyon ədəd avtomobil istehsal etməyi planlaşdırır. Bu da müfaviq göstərici üçün rekord olacaq.
SİA xəbər verir ki, bu barədə "The Nikkei" qəzeti mənbələrə istinadən bildirib.
Qeyd edilib ki, bəyan edilmiş istehsal həcmi avtomobil istehsalçısının 2020-ci ildə əldə etdiyi göstəricilərdən 17 faiz çox olacaqdır. Vurğulanıb ki, istehsal həcmindəki artım Yaponiya, Çin, ABŞ və Avropa bazarlarında avtomobillərə gözlənilən tələbatın bərpası ilə əlaqələndirilir.
Yanvarın 28-də Toyota 2020-ci ildə 9,53 milyon avtomobil satıldığını qeyd edilən hesabat yayımlayıb. Beləliklə, Yaponiya avtomobil istehsalçısı digər avtomobil şirkətləri arasında bu göstəricidə lider oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB